"Neftçi" hücumçuyla müqaviləni pozdu

"Neftçi" hücumçuyla müqaviləni pozdu
Futbol
03 Sentyabr 2022 - 14:01
"Neftçi" hücumçusu Mirabdulla Abbasovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Supersport.Az paytaxt komandasına istinadla xəbər verir ki, klubun yetirməsi olan M.Abbasov 2015-2016-cı, 2017-2022-ci illərdə "ağ-qara" formada 111 oyun keçirib, 21 qola imza atıb.

"Neftçi" futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Digər xəbərlər