"Qarabağ" irəlilədi, "Neftçi" reytinqi tərk etdi

"Qarabağ" irəlilədi, "Neftçi" reytinqi tərk etdi
Futbol
11 Avqust 2022 - 13:03


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının yeni reytinq siyahısını açıqlayıb.

Supersport.Az qurumun saytına istinadən xəbər verir ki, 301 klubun yer aldığı siyahıda təkcə "Qarabağ" yer alıb. Ağdam klubu əvvəlki reytinqlə müqayisədə 11 pillə irəliləyib və 145,5 xalla 78-ci yerə yüksəlib.



Ötən ay 234-cü olan “Neftçi” isə reytinqdə ciddi eniş yaşayaraq, bu dəfə 301 klubun yer aldığı siyahıya düşə bilməyib.




Sıralamaya 304 xalla "Palmeyras" (Braziliya) rəhbərlik edir. 291 xalı olan "Liverpul" 2-cidir. "Flamenqo" (Braziliya" eyni xalla 3-cü pillədə yer alıb.


Digər xəbərlər