Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub

Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub
Futbol
08 Avqust 2022 - 14:49
Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub.

Supersport.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qolu Azərbaycan Premyer Liqasının I turunun "Sabah" – "Sumqayıt" görüşündə (3:0) qeydə alınıb.

Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13000-cü qolun müəllifi olub.

Bu, baş tutan 5100-cü qarşılaşmaya qeydə alınıb. Daha 278 matçda texniki nəticə olub.

Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən "Qarabağ" – "İnşaatçı" (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.

Digər xəbərlər