"Neftçi" "Rapid"i məğlub etdi - Video

"Neftçi" "Rapid"i məğlub etdi - Video
Futbol, Video
04 Avqust 2022 - 22:56
"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyuna çıxıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu 2:1 hesabıyla məğlub edib.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

4 avqust

21:00. "Neftçi" (Azərbaycan) - "Rapid" (Vyana, Avstriya) 2-1

Qollar: Ataa Caber, 44 (1:0), Kenni Sayef, 61 (2:0),Quido Burqstaller, 90+5 (2:1)


Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)

8-ci km stadionu.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Digər xəbərlər