"Qarabağ"la oyun ərəfəsində "Ferentsvaroş"dan qələbə - Video

"Qarabağ"la oyun ərəfəsində "Ferentsvaroş"dan qələbə - Video
Futbol, Video
01 Avqust 2022 - 11:00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş" klubu Macarıstan çempionatında mübarizəyə başlayıb.

Supersport.Az xəbər verir ki, Budapeşt təmsilçisi "Puşkaş Akademiyası" komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+4-cü dəqiqədə Kristof Zakariassen vurub.


Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk oyununu avqustun 3-də evdə, cavab matçını avqustun 9-da səfərdə keçirəcək.

 

Digər xəbərlər