"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un azərbaycanlı prezidenti

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un azərbaycanlı prezidenti
Futbol
30 İyul 2022 - 17:55
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi Macarıstan "Ferentsvaroş"unun prezidenti azərbaycanlı Qabor Qubadovdur.

Qubadovun atası əslən Naxçıvandan, anası isə Macarıstandandır. Ailə ötən əsr Azərbaycandan Macarıstana köçüb.

Qabor Qubadov (Gabor Kubatov) 1966-cı ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olub. O, 2006-cı ildə Macarıstan Milli Məclisinin deputatı seçilib.

Qubadov millət vəkili seçildikdən sonra klubu alaraq bir çox titullar qazandırıb və komandaya hazırda çıxış etdiyi arenanı da inşa etdirib.

Qubadovun Oliviya və Emma adlı övladları var.

"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk oyunu 3 avqustda evdə, cavab matçını isə avqustun 9-da Budapeştdə keçirəcək.

 

Digər xəbərlər