"Qarabağ"ın yeni futbolçusundan müsbət xəbər

"Qarabağ"ın yeni futbolçusundan müsbət xəbər
Futbol
27 İyul 2022 - 06:39
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın legioneri Julio Romao bu gün "Sürix"lə cavab matçında yeni komandasında debüt edə bilər.

Braziliyalı dayaq yarımmüdafiəçisinin Ağdam komandasının məşqlərində özünü yüksək səviyyədə göstərməyə çalışması məşqçilər heyətində müsbət fikir formalaşdırıb. Baş məşqçi Qurban Qurbanovun ehtiyac olarsa, Julio Romaonu “Qarabağ”ın səfərdə “Sürix”lə cavab qarşılaşmasında meydana buraxacağı gözlənilir.

Azərbaycan klubu Çempionlar Liqasının iştirak siyahısında braziliyalı futbolçunun adını da UEFA-ya göndərib.

Julio Romaoyla 4 illik müqavilə imzalanıb, komandada 6️⃣ nömrəli formanı geyinəcək.


Qeyd edək ki, braziliyalı futbolçu 2020-ci ildən Portuqaliyanın "Santa Klara" klubunda oynayıb.

Digər xəbərlər