"Qarabağ"ın zəfərləri dünya futbolunda nümunə, stimul, məktəbdir" - Rəşad Sadıqov - Video

"Qarabağ"ın zəfərləri dünya futbolunda nümunə, stimul, məktəbdir" - Rəşad Sadıqov - Video
Futbol, Video
21 İyul 2022 - 00:45
Supersport.Az UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Makkabi Təl-Əviv"i qəbul edəcək "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun maraqlı fikirlərini videogörüntüyə alıb. 


Mütəxəssis bildirib ki, "Qarabağ"ın Çempionlar Liqasında güclü rəqiblər üzərində qələbəsi təkcə yerli klublar yox, bütün dünya futbolu üçün stimul, nümunədir:

"Bir komanda güclü çempionatların təmsilçilərini uda bilirsə, deməli, məğlubedilməz rəqib yoxdur. Bəzən "Qarabağ" üstün olduğu zaman düşünürsən ki, bu rəqibi keçmək olar. Bu, Ağdam klubunun gücüdür. Bəlkə də "Qarabağ"ın İsveçrə "Sürix"i üzərində fərqli qələbəsi olmalı idi. İnanıram ki, komanda bu vəziyyətdən düzgün çıxış yolu tapıb, cavab oyununda da qalib gələcək. Bu amillər hamı üçün motivasiyadır. Dünyada futbol ölkəsi kimi məşhur olmayan Azərbaycandan çıxan klubun avrokuboklardakı nəticələri hər kəsə stimuldur, məktəbdir. "Qarabağ"ın zəfərləri hamımızı sevindirir".

 

Digər xəbərlər