Dünya çempionumuz finalda - Video

Dünya çempionumuz finalda - Video
Kikboks, Video
14 İyul 2022 - 09:33
Supersport.Az-ın məlumatına görə, kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən Dünya Oyunlarında finala çıxıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb. Belə ki, onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.

Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanıb.

O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.

Digər xəbərlər