"Lex"dən acı etiraf: "Çempionlar Liqası "Lex Poznan" üçün deyil"

"Lex"dən acı etiraf: "Çempionlar Liqası "Lex Poznan" üçün deyil"
Futbol
13 İyul 2022 - 06:51
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın doqquzqat çempionu "Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindən kənarlaşdırdığı "Lex"in rəsmi saytı Bakıda şok məğlubiyyətə yer verib.

Polşa təmsilçisi, "Çempionlar Liqası "Lex Poznan" üçün deyil" başlıqlı xəbər paylaşıb.

"Çox təəssüf ki, Çempionlar Liqasında oyunu acınacaqlı şəkildə başa vurduq. Fantastik startla, Kristoffer Veldenin erkən qoluna baxmayaraq, çox yaxşı oyun nümayiş etdirən "Qarabağ Ağdam" komandasını dayandıra bilmədik. Bununla belə, Avropa macərası davam edir. Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqiblə qarşılaşacağıq. "Slovan Bratislava" və ya "Dinamo Batumi" klubuyla. Azarkeşlərimizi oyunlarımıza dəvət edirik". 

 

Digər xəbərlər