İdmançımızdan 3 medal

İdmançımızdan 3 medal
Digər, Atıcılıq
12 İyul 2022 - 19:33
Ruslan Lunyov 25m Lapua Avropa Kubokunun üçüncü təsnifat mərhələsində iştirak edərək iki gümüş və bir qızıl medal qazanıb.

Supersport.Az xəbər verir ki, həmyerlimiz kişilər arasında keçirilən 25 metr məsafəyə tapançadan atış üzrə yarışın qalibi olaraq, ən yüksək pilləyə yüksəlib. Vətənə qələbə ilə dönən idmançımız 580 xal toplayıb.

"Qələbə qazandığım üçün çox xoşbəxtəm. Son atışlarda düşünürdüm ki, hətta dünya rekordunu da qıra bilərəm. Lakin məni rekorddan cəmi 5-6 xal ayırdı", - deyən həmvətənimiz son dövrədə 91 xal toplamasını izah edib.

Ruslan Lunyov Avropa Kubokunun sentyabrda Lissabonda keçiriləcək final yarışına vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa Atıcılıq Federasiyasının yarışlarından olan 25m Lapua Avropa Kuboku 6-10 iyul tarixlərində Estoniyanın Tallinn şəhərində baş tutub.

Digər xəbərlər