Karateçilərimiz Dünya Oyunlarında medalsız qaldı

Karateçilərimiz Dünya Oyunlarında medalsız qaldı
Karate, Digər
10 İyul 2022 - 18:15
Supersport.Az-ın məlumatına görə, karateçilərimiz Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində 11-ci Dünya Oyunlarında çıxışlarını başa vurub.

Son Dünya çempionatının nəticələrinə əsasən Dünya Oyunlarına vəsiqə qazanan Asiman Qurbanlı (84+ kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) 8-9 İyul tarixlərində karate yarışlarının mükafatçıları arasına düşə bilməyib. Yarımfinaladək irəliləyən İ.Zaretska bürünc medal görüşündə də qələbəni əldən verib. İdmançıları baş məşqçilər Qurban Tağıyev (kişilər, kumite), Denis Morozov (qadınlar, kumite) və Vahid Ayvazov (kata) müşayiət edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırılması mərasimində iştirak edib.

 

Digər xəbərlər