"Lex" - "Qarabağ" matçı birinci oldu

"Lex" - "Qarabağ" matçı birinci oldu
Futbol
07 İyul 2022 - 14:00
Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, bu matçları nə qədər azarkeşin stadiondan izlədiyi məlum olub. 15 oyunda ümumilikdə 104 000-ə yaxın tamaşaçı iştirak edib.

Ən çox azarkeşin tribunadan izlədiyi qarşılaşma "Lex" - "Qarabağ" görüşü olub. Poznan stadionunda keçirilən oyunda 25 min 118 tamaşaçı qeydə alınıb.

İkinci pillədə 11 830 azarkeşlə “Malmö” (İsveç) – “Vikinqur” (İslandiya) matçı yer alıb. İlk üçlüyü “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) qarşılaşması tamamlayıb – 10 589.

Qeyd edək ki, "Lex" - "Qarabağ" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Cavab oyunu 12 iyul tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər xəbərlər