Eksklüziv: Azərbaycanın Polşada səfiri Nərgiz Qurbanova "Qarabağ"a qələbə arzuladı - Video

Eksklüziv: Azərbaycanın Polşada səfiri Nərgiz Qurbanova "Qarabağ"a qələbə arzuladı - Video
Futbol, Eksklüziv, Video
05 İyul 2022 - 17:00
Supersport.Az-ın Avropa təmsilçisi Vüsal Şirəliyev bu gün Poznanda keçiriləcək Çempionlar Liqasının "Lex" - "Qarabağ" oyunu ərəfəsində Azərbaycan Respublikasının Polşadakı fövqəladə, səlahiyyətli səfiri Nərgiz Qurbanovadan açıqlama alıb.

Qarabağ komandasının da onlar üçün böyük dəyər olduğunu bildirən xanım səfir, təmsilçimizə qələbə arzulayıb.

"İlk növbədə hamıya Salamlarımı çatdırıram. Varşavadan Poznana "Qarabağ"ın "Lex"lə oyununu izləməyə gəlmişik. Bu gün görüşlərdə qeyd etdiyim kimi bizim üçün Qarabağ sadəcə, coğrafi məkanın adı deyil, həm də Futbol Klubumuzun adıdır. Səfirlik olaraq komandamıza uğurlar, qələbələr arzulayırıq".   


Qeyd edək ki, N.Qurbanova Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən 8 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nərgiz xanım, Varşavadan Poznana bu gün Bakı vaxtıyla 22:00-da baş tutacaq "Lex" - "Qarabağ" matçını canlı izləməyə gəlib.

Vüsal Şirəliyev, Poznan

Digər xəbərlər