"Qarabağ"a hörmətlə yanaşmalıyıq" - "Lex"in baş məşqçisi

"Qarabağ"a hörmətlə yanaşmalıyıq" - "Lex"in baş məşqçisi
Digər
04 İyul 2022 - 17:52
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqası I təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan əvvəl "Lex"in niderlandlı baş məşqçisi Con van den Brom mətbuat konfransında fikirlərini bildirib.

"Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında nələr etdiklərini görmüşük. Rəqib bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəcəyik və asan olmayacaq".

Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı sabah Bakı vaxtilə saat 22:00-da Poznan stadionunda baş tutacaq.

Digər xəbərlər