Ramil Quliyevdən qızıl medal

Ramil Quliyevdən qızıl medal
Atletika, Digər
03 İyul 2022 - 22:22
Əlcəzairdə keçirilən 19-cu Ağdəniz Oyunları davam edir.

Supersport.Az xəbər verir ki, Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev ikinci dəfə bu yarışda qızıl medal qazanıb. O, 200 metr məsafəyə qaçışda 20,23 saniyəlik nəticə ilə qalib olub.

İtaliyalı Dieqo Aldo (20,65) ikinci, ispaniyalı Daniel Rodriqes (20,78) isə üçüncü olub.

Digər xəbərlər