Silahlı Qüvvələr gününə Bakıda yarış təşkil olundu - Foto

Silahlı Qüvvələr gününə Bakıda yarış təşkil olundu - Foto
Digər, Su İdman növləri
28 İyun 2022 - 09:50
26 iyun Silahlı Qüvvələrin yaranması gününə həsr olunan su polosu üzrə Bakı şəhər turniri keçirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə 26 iyun Silahlı Qüvvələrin yaranması gününə həsr olunan su polosu üzrə Bakı çempionatı təşkil edib.

Supersport.Az-a federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, yarışda 6 komandanın tərkibində 100-ə yaxın idmançı öz güclərini sınayıb.

Su polosu idman növü üzrə milli komandanın baş məşqçisi Azər Babayev açıqlamasında bildirib ki, yarışın keçirilməsində məqsəd 2006-2007-ci il təvəllüdlü idmançılardan ibarət yığmamızın avqust ayında dünya çempionatına qatılacaq heyətini müəyyən etməsi olub.

"Turnir çox maraqlı və gərgin keçdi. Yarışda Su İdman Sarayının iki komandası, MOİK, Gənclər və İdman Nazirliyinin Olimpiya Ehtiyatları Məktənin komandaları iştirak edib. Bundan əvvəl 15 iyunda keçirilən turnirdə məşqçilər heyəti Yunanıstanda keçiriləcək su polosu üzrə dünya çempionatına yollanacaq heyəti müəyyən etmək üçün idmançıları nəzərdən keçirdi. Artıq heyət demək olar ki, formalaşdırılıb".

Turnirin sonunda idmancılar medallar və diplomlarla təltif olunublar.

Digər xəbərlər