"Qarabağ"a azarkeşlik etməyə davam edəcəyəm"

"Qarabağ"a azarkeşlik etməyə davam edəcəyəm"
Futbol
22 İyun 2022 - 15:07
"Qarabağ"la yolları ayrılan kabo-verdeli futbolçu Patrik Andrade vida paylaşımı edib.

Supersport.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi şəxsi instaqram səhifəsində komandada yaşadıqlarına və xoşbəxt olmaq üçün əldə etdiyi imkanlara görə Ağdam təmsilçisinə təşəkkürünü bildirib.

"Bu iki il ərzində məni necə qarşıladıqlarına, öyrəndiyim, inkişaf etdiyim və qazandığım hər şeyə görə bütün komanda yoldaşlarıma, klubun əməkdaşlarına və azarkeşlərə minnətdaram. Təşəkkürlər, "Qarabağ" ailəsi. Sizə azarkeşlik etməyə davam edəcəyəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, Patrik Andradenin Serbiyanın "Partizan" klubuna keçəcəyi gözlənilir.

Digər xəbərlər