Paralimpiya Oyunlarının 3 qat qalibindən 2 qızıl medal

Paralimpiya Oyunlarının 3 qat qalibindən 2 qızıl medal
Digər, Üzgüçülük
17 İyun 2022 - 09:01
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio XVI Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qızıl medalını qazanıb.

O, 100 metr məsafəyə sərbəst üzmə növündə 53.07 nəticə göstərib. Bununla da, millimizin dünya çempionatında qazandığı medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl keçirilmiş yarışlarda R.Saley 1 qızıl, 2 gümüş, digər təmsilçimiz Vəli İsrafilov isə 1 qızıl medal qazanıb.

Digər xəbərlər