Namiq Ələsgərov "Sabah"da

Namiq Ələsgərov "Sabah"da
Futbol
17 İyun 2022 - 16:33
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov komandanın uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Namiq karyerası ərzində ölkəmizdə "Bakı", "Qarabağ", "Kəpəz", "Neftçi" klublarında çıxış edib. Futbolçunun son komandası Türkiyə "Bursaspor"u olub.

Digər xəbərlər