Oxunma sayı:
515
Supersport.Az-ın məlumatına görə, bu gün “Turan Tovuz” stadionumuzda Pro kateqoriyalı məşqçi Ayxan Abbasovla rəsmi müqavilə bağlayıb.
İmzalanma mərasimini giriş sözü ilə klubun mütəxəssisi Rasim Əliyev açıb. O, tədbir haqda iştirakçılara ətraflı məlumat verib. Daha sonra komandanın Müşahidə Şurasının sədri Oqtay Abdullayevə fikirlərini bildirib. O, azarkeşləri salamladıqdan sonra baş məşqçi Ayxan Abbasovun seçimi haqda və gələcək planlar haqda danışıb.
Baş məşqçi Ayxan Abbasov azarkeşlərin alqış sədaları altında tədbirə dəvət olunub. Bağlanmış 2+1 illik müqaviləyə imza atdıqdan sonra mütəxəssis azarkeşləri salamlayıb və görüləcək işlər barəsində hesabat təqdim edib. Sonda azarkeşlərin suallarını cavablandıran gənc mütəxəssis fanatlarla xatirə şəkli çəkdirib.