Azərbaycan millisinin serbiyalı məşqçisi məqsədini açıqladı

Azərbaycan millisinin serbiyalı məşqçisi məqsədini açıqladı
Digər, Basketbol
16 İyun 2022 - 18:55
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın basketbol üzrə milli komandasının serbiyalı baş məşqçisi Aleksandar Trifunoviç fikirlərini bildirib.

''Mən Azərbaycanı yaxşı tanıyırdım. Özüm futbol azarkeşiyəm. Azərbaycan futbolu və bu ölkənin tarixi haqqında da eşitmişdim. Əfsuslar olsun ki, yığma komanda FİBA-nın reytinq siyahısından uzaqlaşdırılıb. Lakin bu son demək deyil. Komandanın uğurla çıxış etməsi üçün işlər görülür. Federasiyanın yeni rəhbərliyi həqiqətən də komandada əhval-ruhiyyəni qaldırmaq, gənc nəsilin basketbola maraq göstərməsi üçün çox böyük işlər görür və mən bunu çox yüksək qiymətləndirirəm. Elə bu səbəbdən mənə təklif gələndə dərhal qəbul etdim. Mənim üçün milli komandada çalışmaq böyük şərəfdir. Hazırda təlim-məşq toplanışı uğurla davam edir. Komandada hər şey qaydasındadır. İyunun sonunda Maltada kiçik ölkələrin Avropa çempionatı baş tutacaq. Bizim əsas məqsədimiz Avropa çempionatında layiqli mübarizə apararaq qalib gəlmək və FİBA-nın reytinq siyahısına yenidən daxil olmaqdır".

Digər xəbərlər