AFFA-nın təşkil etdiyi daha bir yarışda xoşagəlməz olay olub.
Supersport.Az-a daxil olan məlumata görə, iyunun 11-də Binədə keçirilən U-14 liqasının yarımfinal mərhələsinin “Zirə” – “Sabah” oyununda qalmaqal baş verib. Məsələ burasındadır ki, cavab matçında Zirə komandası hesabda irəli olarkən hakim oyunun əsas vaxtına 4 dəqiqə əlavə etsə də, matçı 5 dəqiqə oynadıb. Bu zaman “Sabah” bərabərlik qolunu vurub. Hakimin belə hərəkəti “Zirə” azarkeşlərini özündən çıxarıb, onlar kəskin etirazlarını bildiriblər. Oyunun əlavə vaxtında daha bir qol vuran “Sabah” finala vəsiqə qazanıb. Bundan sonra aləm qarışıb. Azarkeşlər hakimin başını butulkayla vurublar. Polislər referini fanatların əlindən çətinliklə alıblar.
Qeyd edək ki, ilk oyunda 1:1 hesabı qeydə alınmışdı.