"Dəmir yumruğu" futbol meydançasında da göstərdik" - Avropa çempionu qolkiper, kapitan - Video

"Dəmir yumruğu" futbol meydançasında da göstərdik" - Avropa çempionu qolkiper, kapitan - Video
Futbol, Video
14 İyun 2022 - 19:51
Supersport.Az mini-futbol üzrə Avropa çempionu, milli komandanın kapitanı, qapıçı Ramil Həsənzadənin ölkə prezidenti İlham Əliyevlə görüşdə fikirlərini təqdim edir.

"Cənab Prezident, bu sıx iş qrafikinizdə bizə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. İdmançılara göstərdiyiniz diqqəti biz minifutbolçular da hiss edirik. Bu Avropa çempionatı ərzində kimə desəydilər ki, Azərbaycan çempion olacaq, heç kim inanmazdı. Amma biz döyüşdəki "Dəmir yumruğu" futbol meydançasında da göstərdik. İnşəAllah, gələcəkdə də iştirak edəcəyimiz bütün yarışlarda Vətənimizi layiqincə təmsil edəcəyik. Çox sağ olun".

Digər xəbərlər