Prezidentdən çempionlara 1 milyon manat

Prezidentdən çempionlara 1 milyon manat
Futbol
14 İyun 2022 - 19:29
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. 

Supersport.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2022-ci il mini-futbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Digər xəbərlər