Millimiz axır ki, qalib gəldi

Millimiz axır ki, qalib gəldi
Futbol
13 İyun 2022 - 21:50
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.

Supersport.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda Belarus seçməsini qəbul edib.

"Dalğa Arena"da keçirilən oyunda millimiz axır ki, qələbə qazanıb. Yığmamız 2 qolla qalib gəlib.

Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınmışdı. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzmuşdu. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya məğlub olub, III turda Qazaxıstanla heş-heçə etmişdi - 1:1.

UEFA Millətlər Liqası

IV tur

20:00. Azərbaycan - Belarus 2:0

Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3

Baş hakim: Anastasios Papapetru (Yunanıstan)

Bakı. "Dalğa Arena"

Digər xəbərlər