"Qarabağ"ın potensial rəqiblərinin sayı azaldı

"Qarabağ"ın potensial rəqiblərinin sayı azaldı
Futbol
13 İyun 2022 - 17:49
"Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

Supersport.Az bu haqda UEFA-nın saytına istinadən xəbər verir. Sabah keçiriləcək püşkatmada "səpələnmişlər" səbətində olan Azərbaycan çempionunun rəqibi "səpəIənməmişlər" səbətində yer alan bu 5 komandadan biri olacaq:
"Jrinski" (Bosniya və Herseqovina)
"Lex" (Polşa)
"Hibernians" (Malta)
"Şkupi" (Şimali Makedoniya)
"Dinamo" (Batumi, Gürcüstan)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.

Digər xəbərlər