"Zəfər Kuboku" yarışı təxirə düşdü

"Zəfər Kuboku" yarışı təxirə düşdü
Futbol
25 May 2022 - 10:14
Supersport.Az-ın məlumatına görə, bu gün saat 11:00-da 2009-2010 və 2011-2012-ci il təvəllüdlü Suraxanı məktəbliləri arasında keçirilməsi planlaşdırılan "Zəfər Kuboku" turniri hava şəraiti səbəbindən təxirə salınıb.


Yarış "Qarabağ" Futbol Klubu, Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, eləcə də Suraxanı rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə ediləcək.



Turnirin nə zaman başlayacağı haqda sonra məlumat veriləcək.







Digər xəbərlər