Azərbaycanın media təmsilçisi "Roma" - "Feyenoord" finalında

Azərbaycanın media təmsilçisi "Roma" - "Feyenoord" finalında
Futbol
25 May 2022 - 09:45
Bu gün futbol üzrə UEFA Konfrans Liqasının final oyunu keçiriləcək.


Supersport.Az xəbər verir ki, final matçında İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları qarşılaşacaq.


Portuqaliyalı mütəxəssis Joze Mourinyonun rəhbərlik etdiyi İtaliya komandası əvvəlcədən Konfrans Liqasının favoritlərindən hesab olunurdu. "Canavarlar" final görüşündə də qələbə qazanmaqla, mövsümü kubokla başa vurmaq əzmindədir. "Roma" dünən oyunun keçiriləcəyi stadionda məşq etməyib, idman qurğusunda gəzişib. "Feyenoord" asan rəqib deyil. Niderland təmsilçisi də Konfrans Liqasının qalibi olmaq üçün çalışacaq.


Albaniyanın Tirana şəhərindəki Milli Arenada keçiriləcək oyun saat 23:00-da başlayacaq.


Supersport.Az saytının təmsilçisi Vüsal Şirəliyev həmin ölkədədir və final qarşılaşmasından fotoreportaj təqdim edəcək. Fotomüxbirimiz V.Şirəliyev indiyədək Azərbaycan seçmə komandasının, "Qarabağ", "Neftçi", "Qəbələ" və digər klublarımızın beynəlxalq oyunlarından, 2019-cu ildə Bakıda keçirilən Avropa Liqasının final, həmçinin bu mövsüm Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Çempionlar Liqasının 1/4 final mərhələsində "Benfika" – "Liverpul" (1:3) matçından fotoreportajlar hazırlayıb. 


Avropa Konfrans Liqası


25 may


23:00. "Roma" - "Feyenoord"


Baş hakim: İştvan Kovaç (Rumıniya).


Tirana, Milli Arena.

Digər xəbərlər