"Qarabağ" şəhid azarkeşin atasına qızıl medal verdi - Video

"Qarabağ" şəhid azarkeşin atasına qızıl medal verdi - Video
Futbol, Eksklüziv, Video
22 May 2022 - 09:00
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" 9-cu çempionluğu münasibətilə qızıl medallarından birini şəhid azarkeşi Məhəmmədəlinin atası Mütəllim İbrahimliyə təqdim edib.


Klub prezidenti Tahir Gözəl, direktor Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov şəhidin atasıyla görüşüb. Fanatlar yenə şəhid azarkeş Məhəmmədəli İbrahimlinin adını çəkiblər.

Xatırladaq ki, "Qarabağ"ın azarkeşi Məhəmmədəli İbrahimli 13 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı dünyasını dəyişib.

Digər xəbərlər