"Ayntraxt" Avropa Liqasının qalibi oldu - Şəkil

"Ayntraxt" Avropa Liqasının qalibi oldu - Şəkil
Futbol
19 May 2022 - 01:55
no title

no title

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümü yekunlaşıb.

Supersport.Az xəbər verir ki, turnirin final görüşündə Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" komandaları qarşılaşıb. Sevilyanın "Ramon Sançes Pisxuan" stadionunda keçirilən oyunun qalibi penaltilər seriyasında məlum olub. Əsas və əlavə vaxtda 1:1 qeydə alınıb. Penaltilər seriyasında alman klubu 5:4 hesablı qələbə qazanıb.

Komandalar ilk dəfə avrokubokların finalında qarşılaşıb. Daha əvvəl 1959/1960 mövsümündə Çempion Klublar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan "Ayntraxt" ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qalib gələrək, finala adlamış, lakin titulun 1 addımlığında İspaniya "Real Madrid"inə uduzmuşdu.

Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanmışdı.

Beynəlxalq arenada 6-cı dəfə finala çıxan "Reyncers" isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxmışdı. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/1972 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın "Dinamo" (Moskva) klubunu məğlub etmişdi.

UEFA Avropa Liqası

Final

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) 1:1 (5:4-penaltilər seriyası)


Qollar: Borre 69 - Aribo, 57

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.

no title

Digər xəbərlər