"Cəbrayıl" finalda "Araz Naxçıvan"la qarşılaşacaq

"Cəbrayıl" finalda "Araz Naxçıvan"la qarşılaşacaq
Futbol
15 May 2022 - 18:07
Region Liqasında növbəti finalçının adına aydınlıq gəlib.

Supersport.Az xəbər verir ki, ilk finalçı "Qusar"ı 2:1 hesabı ilə məğlub edən "Cəbrayıl" olmuşdu.

​Bu gün isə "Araz Naxçıvan" "Xan Lənkəran"a 2:1 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Final mayın 20-də saat 16:00-da Şamaxıda keçiriləcək.

Region Liqasının qalibi iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region Kubokunda çıxış edəcək.

Digər xəbərlər