Levandovskidən ayrılıq ismarıcı

Levandovskidən ayrılıq ismarıcı
Futbol
15 May 2022 - 01:00


"Volfsburq"la 2:2 hesabıyla bitən oyundan sonra "Bayern"in hücumçusu Robert Levandovski Münxen klubundan ayrılacağını bəyan edib.

Polşalı forvarda tezliklə klubdan gedəcəyinə işarə vurub.


"Çox güman ki, "Bayern"də son oyunum idi. 100 faiz deyə bilmərəm, amma bu, mümkündür. Komandamdan yeni təklif almamışam və getmək istəyirəm".

33 yaşlı Levandovski 8 ildir ki, Almaniya klubunun formasını geyinir. Hücumçunun müqaviləsi gələn ilin iyununda başa çatacaq. Hazırda futbolçunun transfer qiyməti 50 milyon avrodur.

Bu mövsüm polyak forvard "Bayern"in heyətində 46 matçda 50 qol vurub, 7 effektli ötürmə verib.

Bombardirin "Barselona" ya keçidi gözlənilir.

 






























Digər xəbərlər