Ronaldo siyahıdan kənar qaldı

Ronaldo siyahıdan kənar qaldı
Futbol
14 May 2022 - 16:03
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasında 2021-2022-ci il mövsümünün ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin adları açıqlanıb.

"Manchester United"in dünya ulduzu Kriştiano Ronaldo bu sezon iki dəfə ayın oyunçusu seçilsə də ilin fərqlənənlərinin siyahısına daxil edilməyib.

Bu vəziyyət futbolçunun azareşlərini qəzəbləndirib, sosial şəbəkədə namizədlərin adlarını müəyyən edənləri sərt tənqid ediblər.

"Liverpool"dan Muhammed Salah ilə Trent Alexander-Arnold, "Manchester City"dən Kevin De Bruyne, Joao Cancelo, "Tottenham"dən Heung-min Son, "Arsenal"dan Bukayo Saka, "West Ham United"dan Jarrod Bowen, "Southampton"dan James Ward-Prowse, mövsümün ən yaxşı oyunçuları namizədləri sırasına daxil edilib.

Məşqçilərin siyahısında Thomas Frank ("Brentford"), Pep Guardiola ("Manchester City"), Eddie Howe ("Newcastle United"), Jürgen Klopp ("Liverpool"), Patrick Vieira ("Crystal Palace") göstərilib.

Digər xəbərlər