"Tuluza"nın keçmiş futbolçusunun istəyi: "Qarabağ"da, millidə oynamaq

"Tuluza"nın keçmiş futbolçusunun istəyi: "Qarabağ"da, millidə oynamaq
Futbol, Eksklüziv
24 Mart 2022 - 21:00
Azərbaycanın müxtəlif yığma komandalarında çıxış etmiş futbolçularından biri xeyli müddətdir futbolsuz qalıb.

Supersport.Az-ın məlumatına görə, karyerasına Rusiyanın Vladivostok şəhərinin "Okean" klubunda başlayan, sonradan Fransanın "Tuluza" komandasına keçən Məhəmməd Məmmədov, hazırda klub axtarır.

22 yaşlı mərkəz müdafiəçisi, vaxtilə Azərbaycanın 15, 17, 19 yaşlılardan ibarət yığmalarının formasını geyib.

M.Məmmədov əvvəllər "Xəzər Lənkəran"ın diqqətində olsa da, maddi səbəbdən keçidi alınmadığından "Sumqayıt"ı seçib. Ardından "Qarabağ", "Zirə"də çıxış edib. Ağdam klubunun 17, 19 yaşlılar komandasında oynayıb. "Səbail"in əvəzedici heyətində ölkə çempionu adını qazanıb. Paytaxt klubunun əsas komandasında da forma geyib. MOİK-lə birinci divizionun qalibi olub.

Stoper, saytımıza açıqlamasında futbol üçün çox darıxdığını bildirib:

"Ordu klubunda müqavilənin şərtlərinə əməl olunmadı, zəhmət haqqım verilmədi. Bir müddətdir futbolsuz çox darıxmışam. Bəzi klublardan təkliflər var. “Qarabağ”la qürur duyuram. Doğma komandamda oynamağı çox istəyirəm. Yenidən futbola qayıdaraq daha yaxşı oynamaq əzmindəyəm. Əsas məqsədim bütün varlığımı sərf edərək “Qarabağ”ın ölkədaxili, beynəlxalq yarışlarda uğurları üçün çalışmaq, milli komandaya dəvət almaqdır. İnşəAllah, arzularıma çataram".

Məlumat üçün bildirək ki, M.Məmmədov 1999-cu il sentyabrın 6-da dünyaya gəlib, boyu 191 sm-dir.

Digər xəbərlər