Bakıda güllə atıldı

Bakıda güllə atıldı
Digər, Atıcılıq
14 Mart 2022 - 21:11
Supersport.Az-ın məlumatına görə, Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə paytaxt birinciliyi keçirilib.


45 idmançının iştirak etdiyi pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında qızlar arasında Zeynəb Sultanlı (558 xal) birinci yerə layiq görülüb.


Oğlanların mübarizəsində isə Vladislav Kalmıkov (566 xal) birinci olub.


Pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışlarında isə Nigar Ramazanova (578,9 xal) və Ramiz Xəlilov (616xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlarla mükafatlandırılıblar.







Digər xəbərlər