Bakıda ən sərrast atıcılar müəyyənləşdi

Bakıda ən sərrast atıcılar müəyyənləşdi
Digər, Atıcılıq
23 Fevral 2022 - 08:55
Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı çempionatı keçirilib.

Supersport.Az-ın məlumatına görə, yarışda 45 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Pnevmatik tapançadan atəşaçma yarışlarında qadınlar arasında Nigar Nəsirova 566 xalla  I yeri , Zərifə Qasımova 550 xalla II yeri , Nəzrin Abbaslı 547 xalla  III yeri , kişilərin mübarizəsində Vladislav Kalmıkov  567 xalla I yeri, Elvin Astanov  566 xalla II yeri, Rəhim Rəhimov 561 xalla III yeri   tutublar.

Pnevmatik tüfəngdən atəşaçma yarışlarında isə İlahə İsmayılzadə (583,9 xal) və Ramiz Xəlilov (611,1 xal) birinci yeri tutublar.

I, II və III yeri tutmuş idmançılar diplom və medallarla təltif olunub.

Digər xəbərlər