Aslan İsmayılov məhkəməni günahlandırdı, Rövnəq Abdullayevə müraciət etdi

Aslan İsmayılov məhkəməni günahlandırdı, Rövnəq Abdullayevə müraciət etdi
Futbol
29 Yanvar 2022 - 15:55
Supersport.Az-ın məlumatına görə, tanınmış hüquqşünas Aslan İsmayılov AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub göndərib.

"Hörmətli Rövnəq müəllim!

Mən, bir Azərbaycan vətəndaşı, futbol azarkeşi olaraq AFFA-nın yarıtmaz fəaliyyətini, Azərbaycan futbolunu, ölkədə tanınmış Tovuzun "Turan", Gəncənin "Kəpəz", Lənkəranın "Xəzər Lənkəran" və digər yerli klublarını məhv etməsini, ölkə çempionatı adı altında faktiki olaraq Bakı çempionatı keçirməsini, futbolun inkişafı üçün ayrılan milyonlarla manatın mənimsənilməsi barədə mətbuatda çıxış edib ciddi tənqid etmişəm. Qanunları yox, ayrı-ayrı şəxslərin maraqlarını qoruyan Səbail məhkəməsi Sizin, yaxud Sizin tapşırığını əsasında digər şəxslərin göstərişi ilə haqqımda qanunsuz məhkəmə qərarı çıxarmışdır. Hazırda həmin qərarla bağlı apellyasiya şikayəti hazırlayıram.

2 fevral 2022-ci il tarixdə saat 10:00-da "Baku Marriott Hotel Boulevard" otelində AFFA-nın növbəti hesabat konfransı keçiriləcək. Həmin hesabat konfransının gündəliyində mənim qaldırdığım məsələlərlə bağlı suallar müzakirə olunacağından həmin konfransda iştirakıma icazə verilməsini xahiş edirəm. Əminəm ki, konfrans iştirakçıları və bütün futbolsevərlər üçün verdiyim suallar və onlara aldığım cavablar çox maraqlı olacaq və konfransın keçməsini, qəbul etdiyi qərarları daha səmərəli edəcək".

Digər xəbərlər