"Nəticəni sensasiya hesab etmirəm"

"Nəticəni sensasiya hesab etmirəm"
Futzal, Futbol
27 Yanvar 2022 - 11:17
Supersport.Az-ın məlumatına görə, futzal üzrə Avropa çempionatının final mərhələsində İspaniya komandası ilə keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bildirib.


"Oyunçulara istənilən komandaya qarşı oynamaq olar demişdim. İspaniya ilə oyunda bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər. İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar oyunun favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik.

Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Herseqovaniya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq".

Digər xəbərlər