Azərbaycan Premyer Liqası 60-cı pillədə

Azərbaycan Premyer Liqası 60-cı pillədə
Futbol
22 Yanvar 2022 - 19:53
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il üçün dünyanın ən yaxşı futbol liqalarının siyahısını açıqlayıb.

Supersport.Az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası da var. Aktivində 324 xal olan çempionatımız 60-cı yerdə qərarlaşıb. Premyer Liqamız 2020-ci il ilə müqayisədə 14 pillə irəliləyib.

Braziliyanın A seriyası ötən ilin ən yaxşı liqasıdır. Bununla İFFHS tarixində ilk dəfə (1991-ci ildən) Avropadan başqa qitə liqası (İspaniya – 13, İtaliya - 11, İngiltərə - 5, Almaniya - 1) sıralamaya başçılıq edib.

İngiltərə Premyer Liqası son 5 ildə 4-cü dəfə reytinqdə ikinci yeri tutub. 2020-ci ilin ən yaxşısı İtaliya A seriyası isə 3-cü yerə düşüb. İspaniya La Liqası 4-cü, Fransa Liqa 1-i isə 5-ci olub. Avropanın "böyük beşlik" ölkələrindən Almaniya Bundesliqası 5-ci pillədən 8-ci yerə yuvarlanıb. Türkiyə Superliqası dünyanın ən yaxşı 17-ci çempionatıdır.

Digər xəbərlər