"Qəbələ"dən qardaş ölkədə qələbə - Video

"Qəbələ"dən qardaş ölkədə qələbə - Video
Futbol, Video
21 Yanvar 2022 - 19:39
Supersport.Az-ın məlumatına görə, mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Qəbələ" ikinci yoxlama qarşılaşmasında Şimali Makedoniya təmsilçisi "Boreç"i məğlub edib.


Antalya toplanışında baş məşqçi Elmar Baxşıyev start heyətində aşağıdakı "11-liy"ə şans verib:

Kristof Atanqana, Ruan Renato, Kamal Mirzəyev, Məqsəd İsayev, Emil Səfərov, Ehtiram Şahverdiyev, İsnik Alimi, Fernan Lopez, Omar Hani, Rövlan Muradov, Ülvi İskəndərov.

Hər hissəsi 35 dəqiqədən ibarət olan oyun "Qəbələ"nin üstünlüyü ilə keçib. Bir neçə qol imkanı yaradan "qırmızı-qaralar" bu epizodlardan birindən yararlanıb. 11-ci dəqiqədə Omar Hani fərqlənib. Bu top Azərbaycan komandasına minimal hesablı qələbə qazandırıb. İkinci hissədə hər iki klubun heyətində oyunçu dəyişiklikləri olsa da, hesab dəyişməyib. Bu, "Qəbələ"nin Antalya toplanışında ilk qələbəsi olub.

Xatırladaq ki, Türkiyə toplanışındakı ilk matçında Polşa "Zaqlembe"si ilə görüşən (1:2) "qırmızı-qaralar" yanvarın 24-də Çexiya "Bohemians"ı ilə üz-üzə gələcək.

Digər xəbərlər