Dünyanın ən yaxşı futbolçusu Levandovski seçildi

Dünyanın ən yaxşı futbolçusu Levandovski seçildi
Futbol
19 Yanvar 2022 - 08:29
FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Supersport.Az xəbər verir ki, bu ada Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovski sahib çıxıb. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.

Ötən il 69 qol vuran Levandovski "Bayern" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.

Qeyd edək ki, 2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Kriştiano Ronaldo "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə 2019-cu ildə yiyələnib.

Digər xəbərlər