"Qəbələ" polyak klubuna uduzdu

"Qəbələ" polyak klubuna uduzdu
Futbol
18 Yanvar 2022 - 18:21
Supersport.Az-ın məlumatına görə, mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Qəbələ" bu gün ilk yoxlama oyununda Polşa təmsilçisi "Zaqlembe" ilə görüşüb.

Qarşılaşma Polşa klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüş erkən qolla başlayıb. Fernan Lopez 9-cu dəqiqədə "Qəbələ"ni hesabda önə çıxarıb. Bu, fasiləyədək vurulan yeganə qol olub. İlk yarıdan sonra və ikinci hissədə hər iki komandanın heyətində dəyişikliklər olub. Fasilədən az sonra polşalılar hesabda tarazlıq yaradıblar. Matçın bitməyinə 11 dəqiqə qalmış daha bir qol vuran "Zaqlembe" 2:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Antalyada daha iki yoxlama matçına çıxacaq "Qəbələ" yanvarın 21-də Şimali Makedoniya təmsilçisi "Boreç"lə, 24-də Çexiya "Bohemians"ı ilə üz-üzə gələcək.

 

Digər xəbərlər