"Qalatasaray" Fatih Terimi yola saldı

"Qalatasaray" Fatih Terimi yola saldı
Futbol
10 Yanvar 2022 - 15:17
Türkiyənin "Qalatasaray"ı baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

Supersport.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qərar klub prezidenti Burak Elmasla 69 yaşlı mütəxəssis arasındakı görüşdə qəbul olunub. 15 dəqiqə davam edən toplantıdan sonra Terimlə yolların ayrıldığı bildirilib.

Xatırladaq ki, 2017-ci ildən İstanbul təmsilçisinin sükanı arxasında olan Fatih Terim 1996 - 2000-ci, 2002 - 2004, 2011 - 2013-cü illərdə də komandaya rəhbərlik edib.

Digər xəbərlər