"Qarabağ"ın futbolçusu La Liqa oyununu izlədi

"Qarabağ"ın futbolçusu La Liqa oyununu izlədi
Futbol
04 Yanvar 2022 - 19:11
Azərbaycan çempionatında yaranan fasilə ilə əlaqədar istirahətdə olan "Qarabağ"ın futbolçusu Marko Veşoviç İspaniyaya yollanıb.

Supersport.Az xəbər verir ki, monteneqrolu futbolçu La Liqanın 19-cu turunun "Atletiko" - "Rayo Valekano" (2:0) matçını tribunadan izləyib.

Veşoviç millidən komanda yoldaşı olduğu, "Atletiko"nun müdafiəçisi Stevan Saviçin dəvətilə oyunu izləyib. Matçdan sonra isə Monteneqro millisinin üzvləri stadionda görüşüb.



Digər xəbərlər