Azərbaycanda dopinq aşkarlanan idman növləri

Azərbaycanda dopinq aşkarlanan idman növləri
Digər, Dopinq
23 Dekabr 2021 - 18:32
2021-ci il üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb.

Supersport.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli açıqlama verib.

O bildirib ki, qayda pozuntularından 13-ü bu il icraata götürülmüş, 6-sı isə ötən ildən başlanan icraatlardır: "19 icraatdan artıq 9-u üzrə qərar qəbul olunub. Bir işə isə xitam verilib".

Ş.Hüseynli 18 antidpoinq qayda pozuntusunun ümumilikdə 11 idman növündə qeydə alındığını əlavə edib. Bunlardan 5-i pauerliftinq, hərəyə 2-si güləş, velosiped idmanı, basketbol, hərəyə 1-i para-atletika, futbol, sambo, karate, boks, cüdo və paracüdoda qeydə alınıb.

İl ərzində 19 iş üzrə icraat aparılıb ki, onlardan 6-sı ötən il, 13-ü isə 2021-ci ilə icraata qəbul olunub. Bu il icraatda olan işlərdən basketbol, futbol və sambo idman növləri üzrə hər biri 1 iş olmaqla 3 iş üzrə qərar verilib. Basketbol və sambo idman növündə sanskiya qərarı qəbul edilib, futbolda növündə iş üzrə xitam qərarı çıxarılıb.

Digər xəbərlər