"Fənərbağça" baş məşqçini qovdu

"Fənərbağça" baş məşqçini qovdu
Futbol
21 Dekabr 2021 - 01:00
Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.

Supersport.Az xəbər verir ki, "Fənərbağça" Vitor Pereyra ilə yollarını ayırıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Vitor Pereyra mövsümün əvvəlində "sarı-lacivərlilər"in baş məşqçisi təyin olunmuşdu.

17 turdan sonra 28 xal toplayan "Fənərbağça" Super Liqada 5-ci pillədədir.

Digər xəbərlər