"Qarabağ"da 5 illik müqavilə

"Qarabağ"da 5 illik müqavilə
Futbol
15 Dekabr 2021 - 21:04
“Qarabağ” Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin transferini açıqlayıb.

Supersport.Az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial səhifəsində paylaşım edib.

20 yaşlı hücumçu ilə 2026-cı ilin iyunun 30-a qədər müqavilə bağlanılıb.

“Köhlən atlar”ın heyətində 97 nömrəli formanı geyinəcək. Lakin tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Rüstəm Əhmədzadənin son klubu Ukrayna “Minay”ı olub.

Digər xəbərlər