"Qarabağ"ın yeni hücumçusu Bakıda

"Qarabağ"ın yeni hücumçusu Bakıda
Futbol
15 Dekabr 2021 - 00:24
"Qarabağ"ın anlaşdığı Ukrayna "Minay"ının futbolçusu Rüstəm Əhmədzadə artıq Bakıdadır.

Supersport.Az xəbər verir ki, 21 yaşlı hücumçu keçidin son detallarını müzakirə etmək üçün Azərbaycan paytaxtına gəlib.

Gənc forvard tibbi müayinədən uğurla keçəcəyi halda, onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, 2020-ci ilin iyulundan "Minay"da çıxış edən Rüstəm Əhmədzadə Azərbaycan millisinin də formasını geyinir.

Digər xəbərlər