Azərbaycan millisinin iki futbolçusu Çexiya çempionunun siyahısında

Azərbaycan millisinin iki futbolçusu Çexiya çempionunun siyahısında
Futbol, Eksklüziv
06 Dekabr 2021 - 23:43
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan seçmə komandasının futbolçularından Mahir Emreliylə Emin Mahmudov Çexiya çempionunun maraq dairəsindədir.

Praqa "Slaviya"sının planı sırasında qış transfer müddətində hər iki oyunçunu transfer etmək də var.

Bu ilin iyununda "Qarabağ"dan "Legiya"ya keçən Mahir Emreli komandasının Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olub. Millimizin hücumçusu Polşa təmsilçisinin heyətində "Lester Siti", "Napoli", həmçinin "Slaviya" kimi komandalara da qol vurub. Forvard Avropa Liqasında iki oyunda Çexiya çempionunun qapısına 3 dəfə yol taparaq yarışdan kənarlaşdırılmasında xüsusi rol oynayıb. 24 yaşlı Mahirin "Legiya" ilə müqaviləsi 2024-cü ilin iyununda bitir.

Millimizin 29 yaşlı yarımmüdafiəçisi Emin Mahmudova gəlincə, həm yığmada, həm də "Neftçi"də möhtəşəm qollarıyla yadda qalıb.

Qeyd edək ki, "Slaviya" Konfrans Liqasının "E" qrupunda "Feyenoord", "Union Berlin", "Makkabi" Hayfa klubuyla birgə mübarizə aparır. Niderland komndası 11 xalla qrup lideri olaraq 1/8 finala vəsiqə əldə edib. Çexiya klubu 7 xalla ikincidir ki, son turda sərfedici nəticəylə pley-offa çıxa bilər. "Union Berlin" 6 xalla üçüncü, "Makkabi" 4 xalla sonuncudur.  

 

 

Digər xəbərlər